>

Məşhur futbolçu Portuqaliya millisinin heyətindən çıxarıldı

 14-10-2025

Portuqaliya millisinin hücumçusu Rafael Leao DÇ-2026-nın seçmə mərhələsində Macarıstanla oyunda iştirak etməyəcək.

Milletinsesi.info Bizim.Media ya istinadən xəbər verir ki , bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb.

26 yaşlı futbolçunun “Milan”ın heyətində İtaliya Kuboku oyununda aldığı zədəsi hələ tam sağalmayıb.
 

Yığmanın baş məşqçisi Roberto Martines forvardın 29 dəqiqə meydanda olduğu İrlandiya ilə görüşdəki performansından narazı qalıb.


Leao müayinəsini davam etdirmək və tez sağalmaq üçün klubunun düşərgəsinə yollanıb.

Portuqaliya – Macarıstan oyunu oktyabrın 14-də keçiriləcək.

Bənzər yazılar

0.068915843963623