>

Hikmət Hacıyev: “Azərbaycan Yaxın Şərqdə arzuolunan tərəfdaşdır” – VİDEO

 13-10-2025

Prezident İlham Əliyevin Şarm əş-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak etməsi Azərbaycanın artan regional rolunun və orta güc kimi qlobal xarici siyasətinin təzahürüdür.

MilletinSesi.info xəbər verir ki bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.

O qeyd edib ki, Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından bütün tərəflər üçün arzuolunan tərəfdaşdır:  "Prezident İlham Əliyev Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində iştirak edir. Bu hadisə Azərbaycanın regionda artan rolunu və orta səviyyəli dövlət kimi qlobal xarici siyasətini əks etdirir. Azərbaycan Yaxın Şərqdə regional sülh gündəmində olan bütün tərəflər üçün arzuolunan tərəfdaşdır", - deyə Hikmət Hacıyev bildirib.

Bənzər yazılar

0.066699981689453