>

Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 buraxılış məntəqəsini ələ keçirdi

 12-10-2025

Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə terror qruplaşmalarına dəstək verdiyi bildirilən 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib.

Bizim.Media  xəbər verir ki, bu barədə informasiyanı “Geo” telekanalı təhlükəsizlik mənbələrinə istinadla yayıb.

Məlumata görə, bu, Əfqanıstan tərəfdən edilən hücumlara cavab olaraq həyata keçirilən hərbi əməliyyatın nəticəsidir. Bildirilir ki, əməliyyat zamanı İŞİD və “Pakistan Talibanı”na bağlı silahlı qruplar məhv edilib.

Əməliyyatda artilleriya, tanklar, təyyarələr və dronlardan istifadə olunub. Pakistan tərəfi vurğulayıb ki, əməliyyatlar yalnız yaraqlıların mövqelərinə qarşı yönəlib və mülki əhali hədəf deyil.


Bənzər yazılar

0.32290196418762