>

O da Fransa millisinin heyətindən KƏNARLAŞDIRILDI

 12-10-2025

Fransa millisinin heyətində dəyişiklik edilib.

Milletinsesi.info Bizim.Media ya istinadən xəbər verir ki , “Liverpul”un müdafiəçisi İbrahima Konate zədələndiyi üçün yığmadan kənarlaşdırılıb.

O, dünən Azərbaycana qarşı DÇ-2026-nın seçmə oyununda (3:0) sonadək ehtiyatda qalıb.

Onun yerinə milliyə “Marsel”in futbolçusu Benjamin Pavar çağırılıb.

Daha əvvəl millinin kapitanı Kilian Mbappe Azərbaycanla oyunda zədələndiyindən heyətdən xaric olunmuşdu.

Qeyd edək ki, Fransa oktyabrın 13-də səfərdə İslandiya ilə qarşılaşacaq.

Bənzər yazılar

0.070087909698486