Latviya dil imtahanını verməyən 841 Rusiya vətəndaşını ölkədən çıxaracaq.
Milletinsesi.info Bizim.Media ya istinadən xəbər verir ki bu barədə Politico məlumat yayıb.
Məqalədə qeyd olunur ki, bu şəxslər nəinki latış dili imtahanından, həm də məcburi təhlükəsizlik yoxlamasından da uğurla keçməyiblər. Buna görə də onların ölkədə qalması qanunsuz sayılır və həmin şəxslərə oktyabrın 13-dək ölkəni tərk etmək üçün vaxt verilib.
Tələblərə əməl edilmədiyi halda, onlar məcburi deportasiya edilə bilərlər.





































