>

Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİ

 11-10-2025

Oktyabrın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

MilletinSesi.info xəbər verir ki bu barədə Azərbaycan XİN məlumat yayıb.

"Nazirlər Yaxın Şərqdəki vəziyyəti və Qəzza zolağındakı humanitar böhranı müzakirə ediblər.

Onlar, həmçinin ərəb-islam ölkələrinin regionda sülh və sabitliyin təşviqi istiqamətində daha geniş səyləri, eləcə də Misirin Şarm əş-Şeyx şəhərində keçiriləcək sammitlə bağlı fikir mübadiləsi aparıblar", - deyə paylaşımda bildirilib.

Bənzər yazılar

0.070889949798584