“AZAL-ın təyyarəsinin qəzaya uğramasına qismən səmada Ukraynaya məxsus pilotsuz uçan aparat səbəb olub”.
Milletinsesi.info Bizim.Media ya istinadən xəbər verir ki , bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.
Putin bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb.


































