“Azərbaycan Üçtərəfli Bəyanatın müddəalarına tam əməl edir”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Ermənistan arasında Qarabağdakı qarşıdurma, atəşkəsin pozulması ilə əlaqədar jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Burada Azərbaycana hücum olduğu üçün müdafiə reaksiyası da olub. Əsas odur ki, Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması təmin edilsin.
Göründüyü kimi, 10 gün içində bu müharibə bitmədi. Bitmədi, amma çoxlu can itkiləri oldu. Xüsusilə qadınlar və uşaqlar mövzusunda çox ciddi itkilər oldu. İndi bunları görməzlikdən gəlmək mümkün deyil. Təbii, güclü Rusiyanın belə burada ciddi itkilərinin olduğu bir mənzərə var”, - o bildirib.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Rusiyanı tərk edən böyük şirkətlərə də çağırış edib: “Rəsmi Ankara Rusiyadan çıxan şirkətləri qəbul etməyə hazırdır. Rusiyanı təkcə Amerika şirkətləri deyil, bir çox dünya brendləri də tərk edir, təbii ki, ölkəmizin qapıları onların üzünə açıqdır, gəlsinlər. Bundan əlavə, ölkəmizə gəlib imkanlarını bizdə yerləşdirmək istəyən müəyyən kapital qrupları var. Onların da üzünə qapıları bağlı saxlamırıq”.