Xəbər verdiyimiz kimi Gəncədə Mahrasa bağı yaşayış massivində, 15 saylı uşaq bağçasının yaxınlığında qətl hadisəsi baş verib. İki yeniyetmə arasında mübahisə zamanı 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli qətlə yertirilib.
MilletinSesi.info xəbər verir ki hadisəni törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Gəncə Şəhər sakini Rihat Cəfərov könüllü olaraq polis şöbəsinə gedərək təslim olub. Öldürülən Vaqif Rəfibəylinin atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb.
Polkovnik-leytenant Rövşən Rəfibəyli Gəncə şəhərindəki istintaq təcridxanasında rejim-nəzarət şöbəsinin rəisi vəzifəsini icra edib. Bu yaxınlarda yaş həddi ilə bağlı təqaüdə çıxıb.
Qeyd edək ki, öldürülən Vaqif Rəfibəyli ədliyyə polkovniki Elşad Rəfibəylinin qohumudur. Elşad Rəfibəyli uzun illər Gəncədəki 2 Saylı İstintaq Təcridxanasının rəisi müavini çalışıb.
Hələ ki, hadisənin baş vermə səbəbi açıqlanmayıb.


2007-ci il təvəllüdlü Gəncə şəhər sakini Rihat Cəfərov polisə gedərək təslim olub.
Rihat Cəfərovun fotosun təqdim edirik:






































