>

Polkovnik-leytenantın oğlunu öldürməkdə şübhəli bilinən şəxs TƏSLİM OLDU

 08-10-2025

Gəncədə qətl törətməkdə şübhəli bilinən şəxs polisə təslim olub.

MilletinSesi.info  xəbər verir ki 2007-ci il təvəllüdlü Gəncə Şəhər sakini Rihat Cəfərov könüllü olaraq polis şöbəsinə gedərək təslim olub.

Qeyd edək ki, Gəncədə Mahrasa bağı yaşayış massivində, 15 saylı uşaq bağçasının yaxınlığında qətl hadisəsi baş verib.iki yeniyetmə arasında mübahisə zamanı 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Qətlə yetirilən yeniyetmə ədliyyə polkovniki Elşad Rəfibəylinin övladıdır. Elşad Rəfibəyli uzun illər Gəncədəki 2 Saylı İstintaq Təcridxanasının rəisi müavini çalışıb.

Faktla bağlı araşdırma aparılır.


Bənzər yazılar

34.119792938232