Qubada avtomobil piyadanı vurub. Hadisə Quba-Qusar avtomobil yolunun rayonun Mirzəməmmədkənd kəndindən keçən hissəsində baş verib.
Milletinsesi.info Bizim.Media ya istinadən xəbər verir ki , Süleyman Əliyev idarə etdiyi avtomobillə yolu keçən piyada Şıxseyid Xəlilovu vurub.
Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb və Quba xəstəxanasında vəfat edib.
Faktı Quba polisi araşdırır.





























