Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır.
Bu barədə MillətinSəsi.İnfo-a Mərkəzi Klinikadan məlumat verilib.
Bildirilib ki, Yadigar Muradov Reanimasiya və intensiv terapiya şöbəsindədir və çoxtərəfli kompleks müalicəsi davam etdirilir.
Xatırladaq ki, Yadigar Muradov oktyabrın 4-də ağır vəziyyətdə Mərkəzi Klinikaya yerləşdirilib.
O, bir ildir ki, qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkir.





































