Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin mövcud təcrübəyə əsaslanaraq adları dəyişdirilib.
MilletinSesi.info xəbər verir ki , bununla bağlı olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov müvafiq əmr imzalayıb.
Əmrə əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən 9 musiqi məktəbinin adı aşağıdakı kimi dəyişdirilib:
1. “Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi”nin adı dəyişdirilərək “Naxçıvan Şəhər 2 nömrəli İncəsənət Məktəbi”;
2. “Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbi”nin adı dəyişdirilərək “Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli İncəsənət Məktəbi”;
3. “Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi”nin adı dəyişdirilərək “Naxçıvan Şəhər Ərtoğrol Cavid adına 6 nömrəli İncəsənət Məktəbi”;
4. “Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbi”nin adı dəyişdirilərək “Şərur Şəhər Bəhruz Kəngərli adına İncəsənət Məktəbi”;
5. “Ordubad Şəhər Uşaq Musiqi Məktəbi”nin adı dəyişdirilərək “Ordubad Şəhər İncəsənət Məktəbi”;
6. “Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbi”nin adı dəyişdirilərək “Qıvraq Qəsəbə İncəsənət Məktəbi”;
7. “Şahbuz Rayon Uşaq Musiqi Məktəbi”nin adı dəyişdirilərək “Şahbuz Şəhər İncəsənət Məktəbi”;
8. “Babək Rayon Uşaq Musiqi Məktəbi” adı dəyişdirilərək “Babək Şəhər İncəsənət Məktəbi”;
9. “Culfa Şəhər Uşaq Musiqi Məktəbi”nin adı dəyişdirilərək Culfa Şəhər İncəsənət Məktəbi” adlandırılıb.






































