>

Şimali Kipr Türk Respublikasının prezidenti Azərbaycana səfərə gəlib

 06-10-2025

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da ölkəmizə səfərə gəlib.

MillətinSəsi.İnfo AZƏRTAC-a istinadən xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında Şimali Kipr Prezidentini Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki,  Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Qəbələ şəhərində təşkil ediləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında iştirak edəcək.

sktd2sktd sktd1

Bənzər yazılar

0.068692922592163