Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi prospektlərində hərəkət məhdudlaşdırılacaq

 31-03-2022

Bakı şəhərinin bəzi yollarında 2 aprel saat 09:00-dan 3 aprel saat 20:00-dək hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sürücülərə müraciət edib.

Müraciətdə qeyd olunub ki, Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən prospektin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindən Ziya Bünyadov prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən, Səbail rayonu, Şamil Əzizbəyov küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan hissəsində isə tam məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - deyə müraciətdə deyilir.

Bənzər yazılar

0.29871392250061