>

Oqtay Şirəliyev VƏFAT ETDİ

 03-10-2025

Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.

MillətinSəsi.İnfo report-a istinadən xəbər verir ki, o, bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, oktyabrın 3-ü saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1967-1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirib.

 

Bənzər yazılar

0.080532073974609