>

Zabrat yollarından ŞİKAYƏT: "Maşınlar küçəyə girməkdən imtina edirlər"

 03-10-2025

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan sakinlər yolların keçilməz vəziyyətdə olmasından şikayətçi olublar.

Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.

Qeyd edilib ki, qəsəbə ərazisində olan 307 nömrəli məktəbə gedən, "Dağüstü" deyilən ərazidə, yolların vəziyyəti çox acınacaqlıdır.

"Uşaqları məktəbə apara bilmirik. Məhəlləmizə gələn iki yol var, hər ikisi də bir-birindən betər vəziyyətdə.

Yağıntı olanda bu yollarla hərəkət olduqca çətin olur. Axar sular hamısı yığılır küçəyə. Maşınlar belə bu küçəyə girməkdən imtina edirlər, çünki o qədər çala-çuxur var ki, maşın dağılır. Bu ərazidə bu qədər sakin yaşayır, amma yollara bir əncam edən yoxdur.

Bundan əlavə, qəsəbə ərazisində sahibsiz itlər də ciddi problem yaradır. Xüsusən günün qaranlıq saatlarında rahat hərəkət etmək mümkün deyil", - deyə müraciətdə bildirilib.

Bənzər yazılar

0.067389011383057