>

İsmayıllıda yolu olmayan Yeniyol kəndi: "Gərək atla hərəkət edəsən"

 03-10-2025

İsmayıllı rayonunun Yeniyol kəndinin sakinləri yolsuzluqdan əziyyət çəkirlər.

Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.

Qeyd olunub ki, kəndin yollarında ancaq atla və ya "Niva" avtomobili ilə hərəkət etmək mümkündür.

"XXI əsrdə insanların bu cür yolsuzluq şəraitində yaşamağa məhkum olmaları başadüşülən deyil. Dəfələrlə aidiyyəti üzrə müraciət etmişik, amma səsimizi eşidən və bir tədbir görən yoxdur", - deyə şikayətdə bildirilir.

Bənzər yazılar

0.071256875991821