>

Beyləqanda kafedə silahlı insident: Ölən və xəsarət alanların kimliyi məlum oldu

 06-09-2025

Beyləqan rayonunun Şahsevın qəsəbəsi ərazisində yerləşən kafedə baş verən silahlı insident zamanı 2 nəfər xəsarət alıb. 

"Report"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, insident zamanı xəsarət alan 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nürəli oğlu və 1988-ci il təvəllüdlü Məmmədov Natiq Tofiq oğlu Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisəni törədən qəsəbə sakini 1988-ci il təvəllüdlü Əhmədov Ceyhun Rza oğlunun saxlanılması istiqamətində tədbirlər davam etdirilir. 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bənzər yazılar

0.13222002983093