Azərbaycanlılar sərhədçiləri rüşvətlə ələ almağa çalışdılar

Azərbaycanlılar sərhədçiləri rüşvətlə ələ almağa çalışdılar
20:16 08-10-2018 | icon 189

Ötən gün Ukraynaya 1985 və 1995-ci ili təvəllüdlü iki Azərbaycan vətəndaşı gedib.

milletinsesi.info-ın Ukrayna KİV-ə istinadən məlumatına görə, “Qoptovka” keçid məntəqəsində gömrük nəzarəti zamanı onların Ukraynaya girişinin qadağan olunduğu məlum olub.

Azərbaycan vətəndaşları sərhədi keçmək üçün sərhədçilərə 200 ABŞ dolları təklif ediblər.

Sərhədçilər puldan imtina edib və rüşvət təklifi ilə bağlı protokol rəsmiləşdiriblər.