Monserrat Kabalye vəfat etdi

Monserrat Kabalye vəfat etdi
11:15 06-10-2018 | icon 57

Məşhur ispaniyalı opera müğənnisi Monserrat Kabalye 85 yaşında vəfat edib.

milletinsesi.info bu barədə RİA Novosti-yə istinadən məlumat yayıb.

Qeyd edək ki, M.Kabalye Barselona xəstəxanalarının birində müalicə alırdı.

Onun sidik kisəsində problemlərin olduğu bildirilirdi.

Monserrat Kabalye Puççini, Bellini və Doniçettinin klassik italyan operalarında çıxışları ilə məşhurlaşıb.