Latviya parlamentinə sabahkı seçkilərdə azərbaycanlı namizədlər – FOTO

Latviya parlamentinə sabahkı seçkilərdə azərbaycanlı namizədlər – FOTO
19:11 05-10-2018 | icon 240

Latviya Seyminə (parlament) sabah keçiriləcək növbəti çağırış seçkidə 2 azərbaycanlı namizəd iştirak edəcək.

Millətinsəsi.info “Report”a istinadən xəbər verir ki, bunlar hazırda Latviya parlamentində Xalq təsərrüfatı, aqrar, regional siyasət və ətraf mühitin mühafizəsi üzrə Komissiyanın sədri Roman Naudinş (İbrahimov) və Sosial Demokrat Partiyasından (SDP) namizəd Asif İbrahimovdur.

Hər iki namizədin seçkiqabağı təbliğat-təşviqat dövründə reytinqi yüksək olub.

Qeyd edək ki, Latviya parlament üsul-idarəli respublikadır.