Aqil Abbas: “Sən niyə narkomanı işləməyə buraxırsan?”

Aqil Abbas: “Sən niyə narkomanı işləməyə buraxırsan?”
12:23 03-10-2018 | icon 273

“Dünyanın hər yerində, eləcə də Azərbaycanda hər səhər marşrut sürücüləri həkim müayinəsindən keçirdi. Sovet dövründə belə idi. Bunlar isə müayinədən keçmirlər. Nəticədə belə faciə baş verir”.

Bu fikirləri AzEuroNews.com–a millət vəkili, yazıçı Aqil Abbas 2 nəfərin öldüyü, 42 nəfərin yaralandığı qəzada avtobus şoferinin narkoman olmasının üzə çıxması ilə bağlı danışarkən bildirib.

Deputat bildirib ki, həkim sürücünün sağlam olduğunu, içki qəbul etmədiyini müəyyən etdikdən sonra marşrut xəttində işləməyə buraxır: “Onu marşruta baxan şirkətin rəhbərinə, qarajın həkiminə cəza düşür. Hər qarajın öz həkimi var. Sən niyə narkomanı işləməyə buraxırsan?”

A.Abbas Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Bakı Nəqliyyat Agentliyinin cəzaları sərtləşdirməsinə tərəfdardır: “Hətta bir insan içkiyə meyillidirsə, belə desək davamlı olaraq yeyib–içən adamdırsa, onu işə götürmürlər, deyirlər get sağal, gəl.

Yol polisi də bununla mübarizə aparır. Amma hər şirkətin qapısında bir polis qoymaq olmaz ki, sürücülərə nəzarət etsin. Ona görə də ilk növbədə şirkətin sahibi və həmin sürücünü buraxan həkim cəzalandırılmalıdır”.