ABŞ-İraq münasibətləri gərginləşir

 06-01-2024

Vəziyyət o həddə çatıb ki, artıq İraq  öz ərazisindəki ABŞ qoşunlarını çıxarmaq niyyətindədir.
Buna səbəb isə ABŞ-ın Bağdada son zərbəsi və Haşid Şabi liderinin öldürülməsi olub. 

Ölkə.Az “reuters”ə istinadən xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani xarici hərbi qüvvələrin ölkədən çıxarılmasına başladığını elan edib.

Bu qərar İranyönlü şiə Hizbullah əl-Nucaba hərəkatının səhra komandiri, Amerikanın zərbəsi nəticəsində öldürülən Müştaq Cavad Qasim əl-Cəvarinin Bağdadda ölümündən sonra verilib.

“Hökumət beynəlxalq koalisiya qüvvələrinin İraqda mövcudluğunu həmişəlik dayandırmaq üçün tədbirlər görmək üçün ikitərəfli komitənin işinin başlanması üçün tarix təyin edir”, – baş nazirin ofisinin yaydığı  bəyanatda deyilir.

Müştaq Cavad Qasim əl-Cəvarinin öldürülməsi ilə nəticələnən  hücuma görə məsuliyyəti Pentaqon öz üzərinə götürüb. Pentaqon öldürülən şəxsin Amerika hərbçilərinə qarşı hücumların planlaşdırılması və hazırlanmasında iştirak etdiyini  bəyan edib.

Öz növbəsində İraq hökuməti də bəyan edib ki, Müştaq Cavad Qasim əl-Cəvari 2014-cü ildə İŞİD-ə qarşı mübarizə aparmaq üçün yaradılmış Haşdi Şabi hərəkatının üzvüdür. 
Qeyd edək ki, hazırda İraqda 2,5 minə yaxın Amerika hərbçisi var.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.18794798851013