Afaq Bəşirqızı: “Uzun müddətdir ki, xəstəxanada müalicə alıram”

Afaq Bəşirqızı: “Uzun müddətdir ki, xəstəxanada müalicə alıram”
17:35 10-06-2021 | icon 232

Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

O, milletinsesi.info-a açıqlamasında bildirib ki, səhhəti normaldır:

“Mən artıq uzun müddətdir ki, xəstəxanada müalicə alıram. Axşamlar isə evə gedirəm”.

Qeyd edək ki, ARB televiziyasında yayımlanan “Elgizlə izlə” verilişində aparıcı Elgiz Əkbər Xalq artistinin xəstəxanaya yerləşdirildiyini bildirib.

İlhamə Əbülfət




0.79359602928162