Həyətində narkoplantasiya salan Cəlilabad sakini tutuldu

Həyətində narkoplantasiya salan Cəlilabad sakini tutuldu
12:00 10-06-2021 | icon 85

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş S.Qaraşov saxlanılıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun Cəlilabad rayonunun Şıxlar kəndində yaşadığı evin həyətində xüsusi olaraq hasara aldığı ərazidə kultivasiya yolu ilə becərdiyi 436 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır. 




0.28460216522217