Qubada oğul atasını balta ilə öldürdü

Qubada oğul atasını balta ilə öldürdü
09:21 10-06-2021 | icon 259

Quba rayonunda qətl hadisəsi olub. Quba rayonu, Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin oğlu 1996-cı il təvəllüdlü Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə atası, 1970-ci il təvəllüdlü Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər  yetirərək qəsdən öldürüb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və araşdırma aparılır.

Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam edir. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. 




0.29183506965637