Haaqada “Mina ölümlərini dayandır!” adlı etiraz aksiyası keçirilib 

Haaqada “Mina ölümlərini dayandır!” adlı etiraz aksiyası keçirilib 
17:07 08-06-2021 | icon 273

Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi və “Odlar Yurdu” Niderland–Azərbaycan Təşkilatının birgə təşkilatçılığı ilə Haaqa şəhərində səssiz etiraz aksiyası keçirilib.

milletinsesi.info xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, aksiya iştirakçıları üzərində “Qarabağı minalardan azad et!”, “Mina ölümlərini dayandır!” və “#ölkəmiziminalardanazadet!” şüarları yazılmış ağ köynəklər geyinərək Haaqa şəhərinin mərkəzi küçələrində yürüşə çıxıblar. Yürüş Mərkəzi Vağzaldan başlayıb və Beynəlxalq Ədalət Məhkəməsi binasının (Sülh Sarayı) qarşısında davam edib.

Aksiya zamanı Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməsini, 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaya qeyd-şərtsiz əməl etməsini tələb edən şüar və təsvirləri əks etdirən plakatlar nümayiş etdirilib. Aksiya ilə maraqlanan yerli sakinlərə Azərbaycandakı mina qurbanları haqqında məlumat verilib. 




0.3052179813385