Permdən Bakıya uçuşlar başlayır

Permdən Bakıya uçuşlar başlayır
12:49 31-05-2021 | icon 616

“Ural Hava Yolları” Permdən Bakıya uçuşlara başlayır.

Bu istiqamətdə uçuşlar 3 iyunda başlayacaq. Uçuş proqramı bu ilin 28 oktyabr tarixinədək hesablanıb.

Müvafiq məlumatlar Perm hava limanının “Bolşoye Savino” cədvəlində qeyd edilir.

Permdən Bakıya uçuşların həftədə bir dəfə - cümə axşamı günləri həyata keçirilməsi planlaşdırılır. Uçuş müddəti təxminən 3 saat 5 dəqiqə olacaq.

Uçuşlar “Airbus” təyyarələri ilə həyata keçiriləcək. Minimum bilet qiyməti bir istiqamətə 17 752 rubl (təxminən 411 AZN) təşkil edir.




0.46825814247131