Ədliyyə Nazirliyi erməni cinayəti ilə bağlı 77 ölkəyə məktub göndərib 

Ədliyyə Nazirliyi erməni cinayəti ilə bağlı 77 ölkəyə məktub göndərib 
17:07 17-05-2021 | icon 249

“Vətən müharibəsi vaxtı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi ölkəmiz tərəfindən aparılan haqlı mübarizəni beynəlxalq tərəfdaşlara çatdırmaq üçün öz səlahiyyətləri çərçivəsində işlər görüb”.

milletinsesi.info xəbər verir ki, bu barədə “Ədliyyə Nazirliyinin beynəlxalq fəaliyyəti” mövzusunda onlayn brifinqdə çıxış edən Beynəlxalq Əməkdaşlıq İdarəsinin qrup rəhbəri Azər Cəfərov məlumat verib.

O bildirib ki, bu dövr ərzində nazirlik tərəfindən 77 dövlətin ədliyyə nazirliklərinə, 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib:

“Məktublar erməni tərəfinin cinayətləri, onların acı nəticələri ilə bağlı olub. Müharibə dövründə Ermənistan tərəfi bir sıra cinayətlər törədib ki, bunlar həm uşaqlara, həm də mülki şəxslərə qarşı olub. Bunlarla bağlı ixtisaslaşmış qurumlara məktublar gedib”.

 




1.7411940097809