Ağdaşda şəhid ailələri üçün tikilmiş mənzillərin acınacaqlı durumu: Cavabdeh kimdir? - VİDEO

Ağdaşda şəhid ailələri üçün tikilmiş mənzillərin acınacaqlı durumu: Cavabdeh kimdir? - VİDEO
01:49 15-05-2021 | icon 527

Ağdaş rayonunda mənzil alan şəhid ailələrindən biri də Səfərovlar ailəsidir. 

Dövlət başçısının sərəncamı ilə rayonda, Ağdaşdan olan şəhid ailələri və Qarabağ qaziləri üçün yeni evlərin tikilməsinə ötən ilin sentyabrında başlanılıb. 

Rayonun Pirəyir kəndi ərazisindən ayrılan torpaq sahəsində 8 mənzilin tikintisi aparılıb. Əgər buna yeni tikilmiş mənzil demək mümkündürsə...

Mənzildə olan divar kağızları qopub tökülür, evin daxilindəki qapıların heç biri örtülmür. 

Sakinlər bildirib ki, payız və qış aylarında tələsik tikilən evlər ötən ilin dekabrın 29-u sahiblərinə təhvil verilib. Amma mənzillərdə aparılan təmir işləri ilk gündən onları qane etməyib. Dəfələrlə tikinti şirkətinin rəhbərliyinə irad bildirsələr də, heç bir nəticəsi olmayıb. 

 

Daha ətraflı Baku TV-nin süjetində:

 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov bildirib ki, Ağdaş rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş bəzi fərdi evlərin guya keyfiyyətsiz, yaşayış üçün yararsız, yarımçıq  halda tikilərək sahiblərinə təqdim edildiyi barədə yayılan məlumat həqiqəti əks etdirmir. 

O bildirib ki, Ağdaş rayon sakinləri Baxşəli və Tərlan Səfərovlar üçün fərdi evlərin ötən ilin dekabr ayında inşası yekunlaşıb, müasir tələblərə uyğun yaşayış şəraitinə malik evlər kimi təhvil-təslim aktları əsasında onlara təqdim olunub: “Mənzillərin bütün lazımi aksessuarlarla, kommunal sistemlə təchizat işləri də aparılıb. Evləri təhvil alan şəxslər də həmin vaxt evlərin inşasından, evlərdə yaradılmış yaşayış şəraitindən, evlərdəki təchizatdan razılıqlarını ifadə ediblər. Bu razılıqlarını təhvil-təslim aktlarında da öz imzaları ilə təsdiqləyiblər.  

Təhvil verilərkən evlərin, mənzillərdə yaradılmış şəraitin fotoları çəkilib. Təqdim etdiyimiz həmin fotolarda da aydın görmək olar ki, evlər təhvil verilərkən onlarda normal şərait, təchizat olub. Müqayisə etdikdə aydın görmək olur ki, həmin mənzillərdə sonradan belə acınacaqlı vəziyyət yaradılıb, divar kağızları da qəsdən qoparılıb, divarlara, qapılara da ziyan vurulub. Evlərdə quraşdırılmış aksessuarlar da sonradan sökülüb. Görünən bəzi noqsanlar, fəsadlar isə evlər təhvil verildikdən sonra onlarda uzun müddət yaşayış olmaması, evlərin uzun müddət sahibsiz, baxımsız buraxılması səbəbindən yaranıb”.

M.Həşimov onu da əlavə edib ki, vətəndaşın günahı ucbatından yaranmış həmin nöqsanların da aradan qaldırılması üçün cari təmir işləri görülməsi üçün aidiyyəti podratçı şirkətə tapşırıq verilib:

“Vətəndaşlar tərəfindən məsuliyyətsizcəsinə belə yalan məlumatın verilməsi böhtan xarakteri daşıyır. Məlumatdakı sujetdə eyni zamanda bəzi ətrafı hasarlanmamış, yarımçıq fərdi evlər də göstərilir.  Onlar 2016-cı ildə podratçı şirkət tərəfindən müvafiq dövlət vəsaitlərinin qanunsuz mənimsənilməsi nəticəsində yarımçıq, yararsız halda tiklimiş, bu səbəbdən hələ istifadəyə verilməmiş evlərdir. Bu səbəbdən həmin şirkət rəhbəri hazırda həbsdədir”.




0.31759977340698