Rusiya dost olmayan ölkələrin siyahısını açıqlayıb

Rusiya dost olmayan ölkələrin siyahısını açıqlayıb
21:42 14-05-2021 | icon 98

Rusiya hökuməti dost olmayan xarici dövlətlərin siyahısını açıqlayıb.

TASS xəbər verir ki, siyahı hökumət sənədlərinin toplusu olan rəsmi portalda dərc edilib.

Siyahıya yalnız iki dövlətin adı daxil olunub. Bunlar ABŞ və Çexiyadır.

Beləliklə də, Rusiya prezidentinin 23 aprel tarixli sərəncamı məhz bu ölkələrə münasibətdə tətbiq ediləcək. Sərəncama əsasən, Çexiyanın Rusiyadakı diplomatik nümayəndəliyinə yalnız 19-dək yerli vətəndaşı işə götürmək izacəsi verilib. ABŞ səfirliyi isə ümumiyyətlə bu imkandan məhrum olunub.

Qeyd edək ki, məhdudiyyətlər bu ölkələrin diplomatik nümayəndəlikləri ilə Rusiyada qeydiyyatda olan hüquqi şəxslər arasındakı münasibətlərə də aiddir.




0.31314992904663