Bu gün hamımız müqəddəs Ramazan sevincini yaşayırıq

Bu gün hamımız müqəddəs Ramazan sevincini yaşayırıq
09:39 13-05-2021 | icon 901

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor,

YAP Siyasi Şurasının üzvü

 

“Əziz həmvətənlər!

Dünya müsəlmanlarının əziz günü – müqəddəs Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın, dualarınızın qəbul olmasını diləyirəm.

Bərəkət və səmimiyyət, mərhəmət ayı olan Ramazanın əzəməti və sevinci hədsizdir. Uca Allahın rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram və səylə tamamlayaraq bayram səadətinə qovuşurlar.

Azərbaycan yüz illərdir ki, ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı, dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır. Tolerantlıq ünvanı olan Azərbaycanda bütün dini konfensiyalar qardaşlıq şəraitində yaşayır, etnik-mədəni müxtəlifliyi ilə seçilən cəmiyyətimizdə qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühiti, demokratik birgəyaşayış həyat tərzinə çevrilib.

Cənab İlham Əliyev və Mehriban xanım Əliyeva bütün dinlərin nümayəndələrinə böyük hörmət və ehtiramla yanaşır, hər il onların müqəddəs bayramlarını təbrik edir. Bu. Azərbaycan dövlətinin sülhə, humanizmə, qardaşlıq və bərabərliyə dərin ehtiramının ali nümunəsdir.

Cənab Prezident və Mehriban xanımın xeyirxahlıq ənənələrinə sadiq qalaraq əziz Ramazan günlərində imkansız ailələrə maddi və mənəvi dayaq olmaları Ramazan ayının fəzilətini və Müqəddəs kitabımız “Qurani-Kərim”də təfsir olunan birlik və bərabərliyimizi gücləndirir.

29 il idi ki, hər bir oruc tutan azərbaycanlının ülvi niyyəti, duası Qarabağımıza qovuşmaq idi. Uca Yaradan bu müqəddəs bayramı Qarabağda keçirməyi də bizə nəsib etdi. Xalqımızın ümid və imanlarla dolu olan duaları artıq qəbul olunub,

2021-ci ilin Ramazan bayramını başqa bir hümmət və sevinclə qeyd edirik, bu müqəddəs bayramımızı işğaldan azad edilmiş torpaqlarda keçirmək, iftar süfrələri açmaq qismət olub. Bu gün Şuşada bayram namazı qılınır, azan səsi könülləri oxşayır.

Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla və Arzu Əliyeva ruzi-bərəkət, həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazanı bu il Qarabağda keçirirlər. Onlar bu əziz gündə ən ülvi bir niyyətlə və iltifatla dini dəyərlərimizə böyük töhfə verdilər, mayın 12-də Şuşada müqəddəs Ramazan bayramında iki minarəli, mozaika ilə bəzədiləcək gümbəzi olan yeni məscidin təməlini qoydular,

Şuşada keçirilən “Xarıbülbül” festivalı da sülhün, qardaşlığın, birgəyaşayışın, müxtəlif xalqların və dinlərin nümayəndələrinin bu müqəddəs Ramazanda bir araya gələrək bir olmalarının simvolunda çevrildi. Bu festival Xalqımızın birlik və həmrəyliyinin göstəricisi, bir yumruq birləşməsinin nümayişidir.

Festivalın “multikuluralizm” devizi alıtnda keçirilməsi də bir daha Azərbaycanda müxtəlif dinlərin və xalqların bütün bayramları bir yerdə keçirmələrinin nümunəsidir. Bu, bir daha tariximizə, milli mənəvi dəyərlərimizə ehtiramın nümunəsidir.

Bu gün Ramazan bayramında Qarabağda bayram süfrələri açılıb, Şuşada dualar oxunur, Gövhər ağa Məcsidində, Ağdamda Cümə məcsidində bayram namazları qılınır. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Müqəddəs Kəbədən gətirib Gövhər ağa Məcsidinə bağışladığı “Qurani-Kərim”dən ayələr oxunur.

Bu müqəddəs Ramazan bayramında əziz Şəhid Analarını və Bacılarını, onların ailələrini, cəsur qazilərimizi səmimi qəlbdən təbrik edir, hər birinə tutduqları orucların, dualarının qəbul olunmasını arzu edirəm.

Bu gün hamımız müqəddəs Ramazan sevincini yaşayırıq. Bu əziz bayram münasibətilə hər kəsə ən sonsuz ülvu arzularımı çatdırıram, hər bir ailəyə sağlam həyat, xoş günlər və yaxşı rifah diləyirəm. Bir daha bayramınız mübarək olsun. Tanrı Azərbaycanı qorusun!



0.68183708190918