Şəki və Gəncədə 20 yaşlı qızlar intihar edib

Şəki və Gəncədə 20 yaşlı qızlar intihar edib
10:21 12-05-2021 | icon 121

Gəncədə 20 yaşlı qız intihara cəhd edib. Bu barədə milletinsesi.info-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Əminə İmanova yaşadığı evin həyətində özünü iplə asaraq intihara cəhd edib.

Lakin o, ailə üzvləri tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Ə.İmanovanın vəziyyəti ağırdır.

Digər intihar hadisəsi Şəki rayonunda baş verib. Hadisə Şəkinin Aşağı Layısqı kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Mahizər Ramiz qızı Qasımova özünü yaşadığı evin həyətyanı sahəsində asıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki Rayon Şöbəsinə aparılıb.

Məlumata görə, intihar edən 20 yaşlı M.Qasımova tələbə olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

 




1.126002073288