Türkiyənin ən hündür su bəndinin tikintisi tamamlandı - VİDEO

Türkiyənin ən hündür su bəndinin tikintisi tamamlandı - VİDEO
20:56 06-05-2021 | icon 117

Türkiyənin Artvin vilayətində tikintisi 6,5 ildir davam edən Türkiyənin ən hündür su bəndi yaxın günlərdə istifadəyə veriləcək.  

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, Yusifeli adlandırılan bənd mürəkkəb relyef şəraitində inşa edilib.

Bəndin inşasına 2,5 milyard lirə(təxminən 300 milyon dollar) vəsait xərclənib.

Çoruh çayı üzərində inşa edilən su bəndi 275 metr hündürlüyə malikdir.

Bəndə 2021-ci ilin ikinci yarısından etibarən suyun toplanılmasına başlanılacaq və elektrik istehsalına start veriləcək.   

2 milyard 130 milyon kubmetr su tutumuna malik bəndin istehsal edəcəyi elektrik enerjisindən gün ərzində 3 milyon lirə(təxminən 361 min dollar) gəlir götürülməsi nəzərdə tutulur.




0.27673101425171