Lənkəranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var 

Lənkəranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var 
19:14 06-05-2021 | icon 135

Lənkəran rayonunda ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin Akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, “Chevrolet” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən “Chevrolet” markalı avtomobil suötürücü xəndəyə aşıb.

Nəticədə Lənkəran şəhər sakinləri - 1956-cı il təvəllüdlü Mahirə Mirzağa qızı Məmmədova və 1959-cu il təvəllüdlü Nahidə Mirzağa qızı Rəhimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.




0.29427599906921