Qərb Rusiyanı Qarabağda niyə istəmir? - VİDEO

Qərb Rusiyanı Qarabağda niyə istəmir? - VİDEO
18:00 06-05-2021 | icon 135

Bütün dünya bilir və görür ki, ATƏT-in Minsk Qrupu 30 ilə yaxın müddətdə tarixə qovuşan Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir müsbət irəliləyişə nail ola bilmədi. Belə olan halda bir sual ortaya çıxır. Minsk qrupu bundan sonra kimə və nəyə lazımdır?! Amma, deyəsən Minsk qrupunu regiona cəlb etmək niyyətində olan dövlətlər və maraqlar var. Çünki Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığı buna işarədir. 

2020-ci il 10 noyabr Bəyannaməsi silahlı erməni birləşmələrinin ləğvi və köçkün azərbaycanlıların Xankəndi və digər ərazilərə qayıtmasını ehtiva edir. Minsk qrupu nədənsə bunu həyata keçirmək istəmir, yenə də mücərrəd vasitəçilik missiyasından dəm vurur. 

Artıq münaqişənin tarixdə qaldığı bir vaxtda yenidən bu qurumun vasitəçilik missiyasından danışılması əlbəttə ki, qəbuledilməzdir. Minsk qrupu yaranmış yeni reallıqları qəbul edəcəksə və öz missiyasına doğru-düzgün yanaşacaqsa, bu, onun üçün bir şans ola bilər. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:




1.7107350826263