ABŞ-da vaksin vurduranlara qəribə təklif

ABŞ-da vaksin vurduranlara qəribə təklif
13:49 04-05-2021 | icon 68

ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Fil Mörfi koronavirusa qarşı vaksin vurduranlara pivə təklif edib.

Bu barədə o “Twitter”də bildirib.

Şərhlərdə qubernator rüşvət təklif etməkdə günahlandırılıb və insanlar aksiyaya qoşulmamağa çağırılıb.

Yerli qanunvericiliyə görə, 21 yaşdan yuxarı hər kəs bu aksiyada iştirak edə biləcəklər.

Hökumət ştatın peyvənd edilən əhalisinin sayını gələn ayın sonuna qədər 4,7 milyona çatdırmağı planlaşdırır.

Hazırda Nyu-Cersidə 3,2 milyondan çox insan koronavirusa qarşı peyvənd olunub.




0.45260882377625