Bu gecə ikinci Qədr gecəsidir

Bu gecə ikinci Qədr gecəsidir
19:21 03-05-2021 | icon 105

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

milletinsesi.info xəbər verir ki, Ramazan ayının ikinci Qədr gecəsi mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edir.

Ramazanın üçüncü Qədr gecəsi isə mayın 5-dən 6-na keçən gecə olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. 

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb. 




0.29049706459045