Bir ay ərzində əcnəbilər ölkəmizdə nə qədər pul xərcləyib?

Bir ay ərzində əcnəbilər ölkəmizdə nə qədər pul xərcləyib?
13:14 29-04-2021 | icon 1030

2021-ci ilin yanvar-mart ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 83,9 milyon manat təşkil edib.

milletinsesi.info-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında öz əksini tapıb.

Belə ki, bu rəqəm 2019-cu ilin yanvar ayı ilə müqayisədə 3,2 dəfə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 2,5 dəfə azdır.

Təkcə mart ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 33,4 milyon manat təşkil edib.

Qeyd edilib ki, 2021-ci ilin birinci rübündə Azərbaycana dünyanın 128 ölkəsindən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.




0.42944502830505