QƏDFF sədri Rövşən Quliyev: "Bugün də qarşımıza məqsəd qoymuşuq və məqsədlərimizə nail oluruq"

QƏDFF sədri Rövşən Quliyev: "Bugün də qarşımıza məqsəd qoymuşuq və məqsədlərimizə nail oluruq"
22:41 24-04-2021 | icon 196

"Gürcüstan Respublikasına səfərdə olduğum zaman bu idmanın Avropa Çempionatında iştirak edik və həmin zaman özünə sual verdim ki, bu niyə bizdə olmasın? Həmin vaxt Azərbaycana dönərkən "Qarabağ Əlil-Döyüşçüləri” Futbol Federasiyasını yaratdım." Bunu “Qarabag - Əlil Döyüşçülər” Futbol Federasiyası İctimai Birliyininn (QƏDFF) sədr Rövşən Quliyev bildirib.

QƏDFF sədri Rövşən Quliyev bildirib ki, “Qarabag - Əlil Döyüşçülər” Futbol Federasiyası İctimai Birliyinin adından da bəlli olduğu kimi Qarabağ, vətən uğrunda döyüşmüş qazilərdən ibarət olan bu idman (QƏDFF) ictimai birliyi 27.12.2018-ci il tarixdə 1118-G65-3652 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb:

"Bizim qazilər bugünə kimi evlərində oturmuşdu hamısı qapanmışdılar sanki özlərinə. Bugün onlar idmançıdı və Ulu Öndərimizin 95 illiyi yübileyi ilə bağlı Gürcüstan Respublikasının komandasını dəvət etmişdi və ilk yarış Azərbaycanda keçirilfi və həmin yarışda 3 , 2, Gürcüstan Respublikası komandasına qalib olduq. Bundan sonra bizdə dahada həvəs artdı və bu idmanı daha da inkişaf etdirməyə özümüzə borc bildik.

Bugün də qarşımıza məqsəd qoymuşuq və məqsədlərimizə nail oluruq. İctimai birliyin tərkibində ümumi 6 klub və yiğma Milli komanda fəaliyyət göstərir – Qarabağ, Abşeron, Gəncə, Kəpəz, Tovuz, Qazax və Milli yığma komanda fəaliyyət göstərir. Ümumilikdə (QƏDFF) futbol federasiyasının oyunçuları və idarə heyyəti daxil olmaqla hal-hazırda 72 üzdür.

Federasiyanın məqsədi gələcəkdə Amputant Futbol Akademiyasının açılması və hər yaş qrupunda qüsurlu uşaq və yeniyetmələrin futbola cəlb edilməsi və onların tərkibindən Milli Komandanın formalaşması.

Pandemiyadan çıxandan sonra federasiyanın Bakıda və regionlarda Futbol Stadion, Reabilitasiya mərkəzrəri ilə birlikdə Avropa Amputant Futbol standartlarına uyğun olaraq tikilməsinə nail olmaq və müxtəlif vəziyyətdə əlil olmuş, qüsurlu olmuş şəxslərin cəlb etmək bununla yanaşı əlil uşaq və gənclər üçün Amputant Futbol yarışlarının və düşərgələtrinin yaradılmasını planlaşdırırıq."

“Qarabag - Əlil Döyüşçülər” Futbol Federasiyası İctimai Birliyinin sədri qeyd edib ki, ölkə daxilində Ümummilli Liderimizin 95 və 96 illiyi, 20 yanvar şəhidlərinin Anım gününə həsr edilən müxtəlif yarışları olub:

"2018-2019-cu ildə 3 dəfə Gürcüstan Respublikasında, Türkiyə, Ukrayna və Polşada keçirilmiş Beynəlxalq Yoldaşlıq yarışlarında iştirak edən Milli komandamız uğurlu nəticələrlə ölkəmizə qayıtmışdır.

Əlil Döyüşçülər Futbol Federasiyası Avropa Amputant Futbol Federasiyasına (AAFF) üzv seçilmişdir. Müsbət nəticələrlə Respublikamıza qayıtdıqdan sonra 2018-ci il Abşeron Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Federasiyamızın üzvləri YAP İcra katibi cənab Əli Əhmədovla görüşmüş və gələcək planlarımız haqda məlumat vermişdir."

İctimai Birliyinin sədri Rövşən Quliyev onu da əlavə edib ki, bu ilin fevralın 26-da Gəncə şəhərində Xocalı Soyqırımı gününə həsr olunan turniri keçirilib:

"Hazırda 16 ölkə arasından 6 ölkə dəvət alaraq Azərbaycan komandasıda dəvət olundu. Azərbaycan komandası 2-ci yer gümüş kubok və medala sahib oldular. Avropa kubokunda 2020-ci ilin sentyabrın 19-20 tarixlərdə Polşanın Varşava şəhərində iştirak etdik və Qarabağ adını və Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaq və bəyan etmək üçün həmin qazilər bugün Avropada öz sözlərini dedilər və bütün televiziyalar tərəfindən işıqlandırıldı.

Səfərin bütün xərcləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən qarşılandı.

Təşkilatı dəstəyə görə, Vətən Muharibəsi Əlillərinə Dəstək İctimai Birliyinə, Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinə, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasına, “Şəki-İpək” ASC, "Buket" Gül Magazasına, AFFA-ya, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, TƏBIB-ə, "Reverans" klinikasına, Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinə, Polşa Respublikasındakı Azərbaycan Evinə, Abşaron rayonu üzrə İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına təşəkkürümüzü bildiririk."

Sonda QEDFF sədri Rövşən Quliyev bildirib ki, pandemiya dövründə federasiyanın rəhbərliyi tərəfindən klublarının üzvlərinə həm maddi və ərzaq yardımları, həm də mənəvi dəstək göstərilib:  "“Qarabag - Əlil Döyüşçülər” Futbol Federasiyası İctimai Birliyinin Milli komandası Türkiyənin Qazıyəntəpə şəhərində keçirilməsi nəzərdə tutulan Çempionlar Liqasında oynamaq hüququ qazanmışdı və bu oyunlara dəvətlidir."




1.7945909500122