Məşhur aktyorun xanımından ad günü hədiyyəsi - FOTO/VİDEO

Məşhur aktyorun xanımından ad günü hədiyyəsi - FOTO/VİDEO
06:42 15-04-2021 | icon 82

Tanınmış model, Mərakeşdə “Gözəllik Müsabiqəsi”nin qalibi İman Elbani “Instagram” hesabından  həyat yoldaşı - türkiyəli məşhur aktyor Murat Yıldırımın ad günün təbrik edib.

42 yaşını qeyd edən əri ilə fotolarını paylaşan model “Yaxşı ki, varsan. Yaxşı ki, səni tapmışam”, - deyə şərh yazıb.

Qeyd edək ki, hazırda “Ramo” serialına çəkilən aktyora çəkiliş heyəti də sürpriz edib. İman Elbani həmin anlarla bağlı görüntüləri paylaşıb.




6.1044518947601