Məşhur müğənninin altıncı övladı dünyaya gəldi - FOTO

Məşhur müğənninin altıncı övladı dünyaya gəldi - FOTO
05:00 15-04-2021 | icon 89

Rusiyalı müğənni Valeri Meladze və “VİA Qra”nın eks-solisti Albina Canabayevanın üçüncü övladları dünyaya gəlib.

Bu barədə “Starhit” xəbər yayır.

Uşağın Moskva klinikalarından birində doğulduğu bildirilir. Hələlik yenidoğulmuşun adı açıqlanmır. 41 yaşlı ana uşağın doğulması ilə bağlı heç nə deməyib.

Ötən ilin mart ayında o nəzərəçarpan hamiləlik görünüşü ilə foto paylaşmışdı.

Qeyd edək ki, cütlük 2014-cü ildə evlənib. Onların Konstantin və Luka adlı daha iki övladı, bundan başqa 55 yaşlı atanın ilk evliliyindən üç övladı var.




0.29229211807251