Hindistanda koronavirusun ikinci dalğası təhlükəsi

Hindistanda koronavirusun ikinci dalğası təhlükəsi
04:42 15-04-2021 | icon 70

Yeni tip koronavirus pandemiyasından ən çox təsirlənən ölkələrdən biri olan Hindistan son həftələrdə birincisindən daha güclü, ikinci dalğa ilə qarşılaşır.

“Anadolu” agentliyi xəbər verir ki, ölkədə gündəlik xəstəlik sayı 4 apreldə 103 793 nəfərə çatıb və ilk dəfə 2020-ci ilin sentyabr ayındakı pik həddi geridə qoyub.

Növbəti günlərdə yeni pik hədlərin görüldüyü ölkədə son 24 saat ərzində gündəlik xəstələrin sayı 184 372-yə yüksəlib.

Koronavirusa ilk yoluxma hadisələrinin 30 yanvar 2020-ci ildə qeydə alındığı Hindistanda zamanla artan gündəlik yoluxma sayı 16 sentyabr 2020-ci il tarixdə 97 859-a qalxıb və bu tarixdən etibarən azalmağa doğru gedib.

Gündəlik xəstəlik sayı növbəti 4,5 ay ərzində davamlı olaraq azalıb və 1 fevralda 8 587-ə düşüb.

Lakin bu ilk dalğadan sonra şkala fevral ayından etibarən sərt formada yuxarıya doğru istiqamətlənib və birincidən daha yeni və daha böyük bir dalğa yaranıb.




0.23120999336243