ABŞ-da polis nümayişçilərə atəş açdı - VİDEO

ABŞ-da polis nümayişçilərə atəş açdı - VİDEO
03:21 15-04-2021 | icon 51

ABŞ-ın Minnesota ştatının Bruklin-Senter şəhərində polis afroamerikalının güllələnməsinə etiraz edən nümayişçilərə qarşı səs bombalarından istifadə edib, etirazçılara xüsusi vasitələrdən atəş açıb.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Toqquşmalar nəticəsində xəsarət alanların olduğu bildirilir.

Xatırladaq ki, ABŞ-da 20 yaşlı afroamerikalı Dante Raytın polis tərəfindən güllələnərək öldürülməsindən sonra etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurmalar başlayıb.




0.30385899543762