Çin Qərbin koronavirus peyvəndinə analoq yaratdı

Çin Qərbin koronavirus peyvəndinə analoq yaratdı
03:00 15-04-2021 | icon 57

Çin Qərbin koronavirusa qarşı vaksinləri “Pfizer-BioNTech” və “Moderna”nın hazırlanma texnologiyasına bənzəyən peyvəndin yaradılmasında yüksək nəticə əldə edib.

Bu barədə “South China Morning Post” xəbər yayıb.

“ARCoV” adlı peyvənd “Abogen Bioscience”, “Walvax Biotechnology” və Çin Xalq Qurtuluş Ordusunun Hərbi Elmlər Akademiyası tərəfindən birgə hazırlanıb.

Peyvəndin klinik sınaqlarının üçüncü mərhələsi may ayında başlayacaq.

Onun ilin üçüncü rübündə ildə 120 milyon doza həcmində kütləvi istehsalı planlaşdırılır.

“ARCoV”un yaradıcıları, donmuş vəziyyətdə saxlanılması lazım olan “Pfizer-BioNTech” və “Moderna” peyvəndlərindən fərqli olaraq peyvəndlərinin otaq temperaturunda bir həftəyə qədər sabit qaldığını söyləyirlər.




0.34589195251465