Uşaqları ilə qaçdı-tutdu oynamaq məşhur aparıcıya baha başa gəldi - FOTO

Uşaqları ilə qaçdı-tutdu oynamaq məşhur aparıcıya baha başa gəldi - FOTO
02:00 15-04-2021 | icon 84

Britaniyalı məşhur teleaparıcı Keti Hillin uşaqları ilə qaçdı-tutdu oynaması ona baha başa gəlib. Belə ki, o, ayaqyolunun yaxınlığında pilləkəndə yıxılıb və başı unitaza dəyib. Hadisədən sonra qadının alnında böyük bir çapıq qalıb.

Bu barədə “The Sun” xəbər yayıb.

49 yaşlı aparıcının alnına tikiş atılıb. Həkimlərin sözlərinə görə, zərbə bir neçə santimetr sağa və ya sola dəysəydi, qadın aldığı travmadan ölə bilərmiş.

Hill bu hadisənin onun üçün “həyəcan siqnalı” olduğunu, onu ölüm və bu dünyada hələ nə qədər yaşaya biləcəyi barədə düşüncələrə vadar etdiyini deyib.




0.31456995010376