Binəqədidə xarabalığı xatırladan küçə: Kimdir günahkar?

Binəqədidə xarabalığı xatırladan küçə: Kimdir günahkar?
12:21 14-04-2021 | icon 201

Binəqədi sakinləri yaşayış evlərinin yaxınlığındakı antisanitar vəziyyətdən şikayətçidir.  milletinsesi.info-ın məlumatına görə, söhbət Süleyman Sani Axundov və Abay Kunanbayev küçələrinin kəsişməsindən gedir. 

Sakinlərin sözlərinə görə, ərazidə yeni tikilən binanın təməli üçün qazılan ərazi artıq neçə illərdir ki, zibillik içindədir:

"Bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət edilib. Lakin, hələ də tullantıların ərazidən təmizlənməsi təmin edilməyib. Bu mənzərə paytaxta yaraşmır. Sürətlə gözəlləşən və inkişaf edən şəhərdə belə zibilliyi hər gün görmək ürək bulandırır. Üstəlik yaxında işləyən obyekt sahibləri, yerli sakinlər də zibilliyi görüb “hamı atır, mən də atıram....” məntiqi ilə ərazini daha da zibilləyirlər”.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən milletinsesi.info-a bildirilib ki, qeyd edilən yer “Bolluq” MTK-nın mülkiyyətində olan ərazidir: “Bu səbəbdən də tərəfimizdən “Bolluq MTK” ilə maarifləndirmə işləri aparılıb. Zəruri tövsiyələr verilib. “Bolluq MTK”-dan isə problemin qısa zamanda həllini tapacağı bildirilib”. 




0.30770301818848