Səfir Elmira Axundovanın dəbdəbəli villası - VİDEOLAR

Səfir Elmira Axundovanın dəbdəbəli villası - VİDEOLAR
10:57 14-04-2021 | icon 725

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın Qəbələdəki villasının videosu yayılıb.

MillətinSəsi.info pravda.az-a istinadən xəbər verir ki, dəbdəbəli ev şəhərin Seyid Əzim Şirvani küçəsindədir.

Qeyd: Elmira Axundova bir neçə gün əvvəl, bahalı avtomobil alması ilə gündəmə gəlmişdi. Araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib ki, Elmira Axundova ötən il Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin olunanda özündən əvvəlki səfir üçün 2018-ci ildə alınmış 2008-ci il buraxılış BMW 730 markalı avtomobili bəyənməyib:

“Özünü Kiyevə çatdırar-çatdırmaz son model Mercedes-Benz S 350L (2020-ci il buraxılış) sifariş verib. Avtomobil Almaniyadan sifariş olunub, dəyəri istehsalçı ölkədə 125 min avrodur (250 min manat). Son model bahalı avtomobil hazırda CDP 041 diplomatik nömrə ilə Elmira Axundovanın xidməti istifadəsindədir. Elmira Axundova ötən ilin iyun ayında səfir vəzifəsinə təyin edilib, sifariş etdiyi avtomonil 2020-ci il dekabrın 17-də Ukrayna Dövlət Avtomobil Müfəttişliyində (Kiyev, Şevçenkivski rayonu) qeydiyyata alınıb”.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova isə məsələyə reaksiya verməyib.

Mövqeyini dərc etməyə hazırıq.

 

 

Mənbə pravda.az




1.4675030708313