İctimai yerlərdə aşkarlanan koronavirus xəstələri barəsində cinayət işi başlandı

İctimai yerlərdə aşkarlanan koronavirus xəstələri barəsində cinayət işi başlandı
10:49 14-04-2021 | icon 62

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 13-də respublika ərazisində beş nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər aparıb, onlardan üç nəfər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Vəziyyətləri nisbətən ağır olan iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə iki nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.




0.952073097229